Putin və Si: Şanxay Əməkdaşlıq Təşkilatı böyüyür
    • 4-07-2024, 12:57
    • 285

Putin və Si: Şanxay Əməkdaşlıq Təşkilatı böyüyür

Çin prezidenti Si Cinpin və Rusiya lideri Vladimir Putin Avrasiya təhlükəsizlik sistemi ilə bağlı məqsədlərini müəyyən ediblər.

News24.az xəbər verir ki, iki lider Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclasları üçün Qazaxıstanın paytaxtı Astanadadır.

Putin və Si 2001-ci ildə Rusiya, Çin və Mərkəzi Asiya ölkələrinin iştirakı ilə yaradılan ŞƏT-i genişləndirərək, Qərbə əks çəkidə Hindistan, İran və Pakistanı da daxil ediblər.

Bu gün verilən bəyanatda Belarusun da ŞƏT-ə üzv olduğu açıqlanıb.

Qeyd edək ki, Belarus təşkilata üzv olan 10-cu ölkə olub.

Qazaxıstan Prezidenti Qasım Tokayev Astanada ŞƏT sessiyalarının ikinci gününü açarkən verdiyi açıqlamada Belarusun bütün prosedurları qısa müddətdə başa çatdırdığını bildirib.

Xatırladaq ki, Belarus 2010-cu ildə ŞƏT-in dialoq tərəfdaşı, 2015-ci ildə isə müşahidəçi dövlət olub.

Günel Məlikzadə