Qazaxıstanda bankda saxlanılan bütün girovlar azad edildi
    • 18-06-2023, 15:30
    • 236

Qazaxıstanda bankda saxlanılan bütün girovlar azad edildi

Qazaxıstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Astanada Kaspi Bankının Dostık küçəsində yerləşən şöbəsində əməliyyat keçirib.

News24.az
xəbər verir ki, bu barədə Qazaxıstan DİN mətbuat xidməti məlumat yayıb.

Bankın şöbəsində silahlı şəxsin girov götürdüyü 7 bank əməkdaşı azad edilib.

“Sputnik Kazaxstan” isə bank əməkdaşlarını girov götürən şəxsin artıq yaxalandığı və binadan çıxarıldığı barədə məlumat yayıb.