Sertifikasiyada 57 bal toplayan müəllimin sevinci — VİDEO
    • 20-06-2023, 15:55
    • 227

Sertifikasiyada 57 bal toplayan müəllimin sevinci — VİDEO

Ağdam rayonu 33 saylı orta məktəbin ibtidai sinif müəllimi Bənövşə Qasımova sertifikasiya imtahanından 57 bal toplayıb.

News24.az xəbər verir ki, bu barədə müəllimin özü bizim.media-ya danışıb. O, imtahan suallarından razı qaldığını bildirib:

"Bundan əvvəl bir neçə dəfə Elm və Təhsil Nazirliyinin imtahanlarında iştirak etmişəm. MİQ imtahanından keçib müəllim adını qazanmışam. Tədris ilinin sonu idi deyə, hazırlaşmağa o qədər də vaxtım qalmamışdı. Suallar tədris etdiyimiz istiqamətində idi. Çətinliyim olmadı. Çox sevincliyəm".