Azərbaycanda daha bir nəfər COVID-19-a yoluxub
    • 6-07-2023, 23:50
    • 188

Azərbaycanda daha bir nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına bir yeni yoluxma faktı qeydə alınıb, iki nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, infeksiyadan ölüm faktı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 955 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 663 nəfər müalicə olunaraq sağalıb, 10 284 nəfər vəfat edib, aktiv xəstə sayı 8 nəfərdir.

Ölkədə son sutka ərzində 1 029, hazırkı dövrədək isə 7 648 918 test aparılıb.