Razi Nurullayevdən SƏRT SÖZLƏR: "Təhsildən narazıyam, inkişaf yoxdur, CİDDİ PROBLEMLƏR VAR
    • 10-07-2023, 18:27
    • 350

Razi Nurullayevdən SƏRT SÖZLƏR: "Təhsildən narazıyam, inkişaf yoxdur, CİDDİ PROBLEMLƏR VAR"

Bir neçə gün öncə elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi "Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin 60 faizi oxuduğunu başa düşmür" fikri ətrafında müzakirələr səngimək bilmir.

Deputat Razi Nurullayev mövzu ilə bağlı News24.az-a danışıb.

O bildirib ki, Emin Əmrullayev məsələni fərqli ifadə etmək istəyib: "Bizdə nazir, deputat, vəzifəli şəxs tipi elədir ki, həmin şəxs çox quru danışmalıdır. Vəzifəli şəxs quru danışanda da deyirlər ki, suallardan yayındı. Ancaq Emin Əmrullayev fikirlərində sərbəstliyə üstünlük verən insandır. Ancaq nazirin bəzi fikirləri məndə də suallar yaradır. 

Ümumiyyətlə, Azərbaycandakı təhil sistemindən narazıyam. Ölkəmizdə təhsil inkişafa doğru getmir. Ciddi problemlər var. Problemlərin bəziləri maliyyəyə bağlansa da, amma elə məsələlər var ki, maliyyə ilə əlaqəsi yoxdur".

Məhərrəm Əliyev