İmtahanlardan narazı qalan müəllimlərin DİQQƏTİNƏ
    • 12-07-2023, 18:41
    • 147

İmtahanlardan narazı qalan müəllimlərin DİQQƏTİNƏ

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin riyaziyyat, kimya, fiziki tərbiyə, tarix və coğrafiya fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.

Bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

İmtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.