Ağcabədidə avtomobil dərəyə aşdı: Xəsarət alanlar var
    • 13-07-2023, 17:52
    • 221

Ağcabədidə avtomobil dərəyə aşdı: Xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə Ağcabədi şəhərində minik avtomobilinin dərəyə aşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən News24.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.