-
- 15-07-2023, 15:28
- 560
Yeni parklanma sisteminin əhəmiyyəti: Ödəniş bu cür olacaq
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iyunun 25-də nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğini təsdiq edib. Yeni qaydalar qərarın imzaladığı gündən 30 gün sonra yəni iyulun 25-də qüvvəyə minəcək.
Bəs, bu qərarın mahiyyəti nədir?
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev mövzunu News24.az-a şərh edib.
O bildirib ki, son 5 ildə Bakıda parklanma nizamsız olduğu üçün xaotik bir vəziyyət yaranmışdı. Paytaxt üç zona olaraq müəyyən edilib. Mərkəz və üç zona. Dördüncü zona pulsuzdur. Bu zonalar üzrə fərqli tariflər tətbiq ediləcək. Bu təbii ki, insanların prioritetinə təsir edəcək və parklanmanı nizamlayacaq. Xüsusilə, küçə parklanması bizdə xaotik vəziyyətdədir. İnsanlar öz evindən şəhərin mərkəzinə maşınla gedib-getməyəcəyini öncədən planlaya biləcək. Boş yerin olmasını, sərfəli olub-olmamasını və s. nümunə deyə bilərik. Bir yerin pulsuz alternativi varsa, ora heç kim investisiya etmir. Artıq tariflər müəyyən edilib. Ehtiyac yaranarsa, bəzi sahələrdə ola bilər ki, yerüstü və yeraltı parkinqlər də tikilsin. Bu da öz növbəsində insanların rahatlığını təmin edəcək. Yeni qaydalara əsasən, parklanma üçün ilk 15 dəqiqə pulsuzdur. Daha sonra isə dəyişən tariflərdir. Mənə elə gəlir ki, bu qiymətlər əhalinin büdcəsinə uyğundur, hətta daha ucuzdur. Qonşu ölkələrdə parkinq tarifləri yüksəkdir".
Ekspert vurğulayıb ki, şəhərin torpaq resursu məhuddur: "Bu resursdan səmərəli istifadə etməliyik. Bir maşın dayanırsa və ətrafında xaotik vəziyyət formalaşırsa, bu, bütün nəqliyyat sisteminin kilidlənməsinə gətirib çıxarır.
Zənnimcə, parkomatlar olmayacaq. Tətbiq üzərindən proses nizamlanacaq. Prioritet nağdsız ödənişlərdir. Amma nağd ödənişlər MilliÖn terminalları vasitəsilə reallaşdırıla bilər".
Məhərrəm Əliyev