"iPhone 15"in dizaynı ortaya ÇIXDI
    • 17-07-2023, 17:42
    • 126

"iPhone 15"in dizaynı ortaya ÇIXDI

Çin texnoloji portalı MyDrivers iPhone 15, 15 Plus, 15 Pro və 15 Pro Max smartfonlarının yeni tərtibatlarını dərc edib.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu smartfonların Apple tərəfindən bu payızda rəsmi olaraq elan edilməsi gözlənilir.

Nəşr edilən şəkillərə görə, yeni məhsulların bütün çeşidi görünüşcə 2022 Pro xəttinə bənzəyəcək. Həmçinin, fotoları paylaşan insayderlər təsdiqləyiblər ki, maketlərdə şarj üçün Lightning əvəzinə USB-C portu var.

Bununla belə, cihazın sol tərəfindəki klassik səssiz açarı iPhone 15 Pro və 15 Pro Max-da yox olacaq. Pro-xəttdə o, vibrasiyaya cavab verən düymə ilə əvəzlənəcək.

Yeniliyin səs rejimini dəyişmək əvəzinə düyməyə müxtəlif əmrlər təyin etməyə imkan verəcəyi gözlənilir. MyDrivers-in məlumatına görə, vibrasiya düyməsi iPhone 7 və 8-dəki Home düyməsi kimi işləyəcək.

Eyni zamanda, bütün dörd yeni smartfonda səs səviyyəsi və kilid düymələri dəyişməz qalacaq. Ekran diaqonalları iPhone 14 xəttindən fərqlənməyəcək.Lakin bütün iPhone 15-lərdə 2022-ci ildə yalnız iPhone 14 Pro və 14 Pro Max-da görünən yeni Dynamic Island kəsimi olacaq.

Aynurə