Ermənistan “Şahid” dronu tətbiq edib – İsrail mediası
    • 19-07-2023, 00:33
    • 217

Ermənistan “Şahid” dronu tətbiq edib – İsrail mediası

Ermənistan Azərbaycanla son toqquşmalarda İranın “Şahid” dronlarını tətbiq edib.

News24.az​​​ “Azad İran”a istinadla xəbər verir ki, bu barədə İsrailin "i24News" xəbər portalı məlumat yayıb.

İddia edilib ki, İran Rusiyanın Cənubi Qafqazda təsirinin zəifləməsindən istifadə edərək, Ermənistana hərbi dəstəyini genişləndirə bilər.

Xatırladaq ki, İranın Ermənistana külli miqdarda raket və digər silahlar hədiyyə etdiyi rəsmən təsdiqlənib. Tehranın Ermənistana “Şahid” PUA-ları verdiyi də mediada vaxtaşırı olaraq hallandırılır.