Bakıda ikimərtəbəli ev yanıb
    • 20-07-2023, 23:37
    • 216

Bakıda ikimərtəbəli ev yanıb

Bakı şəhəri, Yasamal rayonunda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İ.Qutqaşınlı küçəsində ümumi həyət tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli evin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 54 m² olan üçotaqlı mənzilin arakəsmə divarı 4 m² və ümumi sahəsi 25 m² olan ikiotaqlı mənzilin plastikdən ibarət giriş qapısı yanıb.

"Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub. |