Qrenlandiyanın buzları əriyir - QARŞISI ALINMASA...
    • 23-07-2023, 11:27
    • 201

Qrenlandiyanın buzları əriyir - QARŞISI ALINMASA...

Qrenlandiyada uzun müddət tədqiqat aparan bir neçə ölkənin alimləri araşdırmanın nəticəsini açıqlayıb.

News24.az-ın məlumatına görə , araşdırma ortaya çıxarıb ki, həmin ərazidəki buzlaqların əriməsinin hazırda qlobal istiləşmə ilə əlaqəsi yoxdur.

Ərimə prosesi belə sürətlə davam edərsə, Qrenlandiyadakı buz qatının əhəmiyyətli hissəsi suya çevriləcək. Bu da okeanların səviyyəsini artıracaq.

Ehtimal olunan senari reallaşsa, adaların əhalisi böyük təhlükə ilə üzləşəcək.