“Türkiyə ilə müharibəyə hazırıq” - Rusiyalı deputatdan sensasiya
    • 25-07-2023, 15:23
    • 149

“Türkiyə ilə müharibəyə hazırıq” - Rusiyalı deputatdan sensasiya

İsveçin NATO-da iştirakı ilə bağlı Türkiyənin qərarını tənqid edən rusiyalı millət vəkili Pyotr Tolstoy, Türkiyə-Rusiya dostluğunu hədəfə alaraq, “Türkiyə ilə müharibəyə hazırıq” deyib.

News24.az xəbər verir ki, bu barədə "Star" nəşri məılumat yayıb.

Tolstoy “Türkiyə ilə müharibəyə hazırıq” kimi ifadələrdən istifadə edərək , “Qara dəniz üzərində hökmranlığın Rusiya Silahlı Qüvvələrinin əlində olması lazım olduğunu” vurğulayıb.

"Rossiya-1" kanalında qonaq olan Tolstoy "Türkiyə ilə döyüşməyə hazırıq? Ərdoğan Qara dəniz üzərində hökmranlıq iddiasındadır" sualına cavab olaraq, “əvvəlcə Ukraynadakı işimizi bitirək, sonra Bosfor və Çanaqqala boğazını vuracağıq” deyə cavab verib.

Rusiya müdafiə nazirinin müavini Atanas Zapryanov bildirib ki, Tolstoyun ritorikası “təkəbbürlü, qəbuledilməz və beynəlxalq hüquqa uyğun gəlmir”.

"Bu təbliğat ritorikasının məqsədi qorxu yaratmaqdır. Bolqarıstan və Rumıniyadakı əhalini sabitliyi pozmaq və onların etibarlı adamlarını Ukraynaya yardımın qarşısını almaq üçün səfərbər etməkdir", - müdafiə nazirinin müavini deyib.

Aydan