Şuşa baş konsulluğunu istədiyiniz zaman açmağa hazırıq - Ərdoğan
    • 13-06-2023, 13:18
    • 264

Şuşa baş konsulluğunu istədiyiniz zaman açmağa hazırıq - Ərdoğan

Şuşa bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyimiz əlaqələrimizi hər sahədə genişləndirmək qərarındayıq.

News24.az-ın xəbərinə görə, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.

“Şuşa baş konsulluğunu istədiyiniz zaman açmağa hazırıq. O mövzuda heç gecikdirmədən açıl edə bilsək, bu təbii ki, başda Ermənistan olmaq üzrə bütün dünyaya mesaj olacaq”, - Türkiyə Prezidenti vurğulayıb.