Xəstəxanaya silahlı hücum edildi - 5 nəfər yaralı
    • 26-07-2023, 00:32
    • 166

Xəstəxanaya silahlı hücum edildi - 5 nəfər yaralı

Türkiyənin Rize şəhərində Dövlət Xəstəxanasının təcili yardım otağına gələn silahlı şəxs ətrafa atəş açıb.

News24.az Türkiyə mediasına istinadən  xəbər verir ki,  hadisə zamanı biri polis olmaqla 5 nəfər müxtəlif yerlərindən yaralanıb.

Hücumdan sonra qaçan şübhəli polislər  tərəfindən xəstəxana yaxınlığında tutularaq nəzarətə alınıb. Onun kimliyi hələ müəyyən edilməyib. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günəş Mərd