“Təhlükəli vəziyyətdən xəbərdar idim” - Tonoyan
    • 1-08-2023, 12:34
    • 163

“Təhlükəli vəziyyətdən xəbərdar idim” - Tonoyan

“Mən təhlükəli vəziyyətdən xəbərdar idim”.

News24.az news.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada dindirilən zaman deyib.

“Brifinq təcrübəmdən əldə etdiyim məlumatlara və müntəzəm olaraq aldığımız rəsmi məlumatlara əsaslanaraq təhlükəli vəziyyətdən xəbərdar idim”, - deyən Tonoyan vəziyyətin təhlükəli kimi qiymətləndirildiyini, lakin hərbi əməliyyatların başlandığı gün bunun heç kimə məlum olmadığını vurğulayıb.

Qeyd edək ki, məhkəmə ona istintaqın işində iştirak etmək üçün avqustun 1-2-də səhər saat 9:30-dan komissiyanın işi bitənə qədər 2 gün müddətinə təcridxanadan kənarda qalmasına icazə verib.

Akqabay