Derincə limanında baş verən partlayışda ərzaq ehtiyatlarının 20%-i zədələnib
    • 8-08-2023, 12:29
    • 120

Derincə limanında baş verən partlayışda ərzaq ehtiyatlarının 20%-i zədələnib

Türkiyənin Derincə limanında baş verən partlayış zamanı taxıl anbarlarında olan ərzaq ehtiyatının 15 min ton və ya 20%-i zədələnib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, limanın ümumi tutumu 95 min tondur. Partlayışın baş verdiyi anbarda isə artıq 75 min ton ehtiyat var idi. 

Aydan