"Qalatasaray" Sloveniya klubunu DARMADAĞIN ETDİ
    • 9-08-2023, 01:09
    • 299

"Qalatasaray" Sloveniya klubunu DARMADAĞIN ETDİ

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

News24.az Report-a istinadən ilk oyun günündə 6 qarşılaşma baş tutub.

II raundda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Rakuv" Polşada Kiprin "Aris" klubunu məğlub edib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Sloveniyada "Olimpiya"nın qapısından 3 cavabsız top keçirib. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - HİK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası isə Yunanıstanda AEK-lə qarşılaşmalı olsa da, azarkeşlər arasında baş vermiş insident nəticəsində yerli fanatın öldürülməsi səbəbindən qarşılaşma təxirə salınıb.

Qeyd edək ki, III təsnifat mərhələsinin digər 3 oyunu bu gün keçiriləcək.