Türkiyədə güclü ZƏLZƏLƏ OLDU
    • 10-08-2023, 22:22
    • 505

Türkiyədə güclü ZƏLZƏLƏ OLDU

Malatyanın Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib.

News24.az "CNN"ə istinadən xəbər verir ki, hələ dağıntı və tələfat barədə məlumat verilməyib.

AFAD-dan verilən son məlumata görə, zəlzələ yerin 7 km dərinliyində olub.

Malatya ilə yanaşı təbii fəlakət Şanlıurfa, Elazığ, Kahramanmaraş, Qaziantepdə hiss edilib.