"O pula heç kim məktəbli forması tikməz" - EKSPERT
    • 15-08-2023, 15:02
    • 276

"O pula heç kim məktəbli forması tikməz" - EKSPERT

Xəbər verdiyimiz kimi, Bakıda mağazaların birində məktəbli forması 2.50 AZN-ə satışa çıxarılıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Məktəbli formasının ucuz olmasına baxmayaraq bu barədə fikirlər birmənalı deyil. Bu görüntülər istər cəmiyyətdə, istərsə də sosial şəbəkələrdə məktəbli formalarının keyfiyyəti barədə geniş müzakirələrə səbəb oldu. 


Mövzu ilə bağlı News24.az-a açıqlama verən "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov bildirdi ki, 2,50 manata materialı 100% pambıq olan "polo" köynək ola bilməz:

"Aydın məsələdir ki, bunlar camaatın başını qatmaq, aldatmaq istəyirlər. Bu, işbazların insanları başqa yerə yönləndirmək üçün oynadıqları oyundur. O pula heç məktəbli forması tikməzlər. Şou yaradıb insanların vaxtını alırlar. Alıcılar hansısa mal alanda öncə onun sertifikatını yoxlamalıdırlar. Parçaların uşaq orqanizminə ziyanı olmamalıdır. Sertifikatı olmayan, 2 manatlıq köynəyin uşağa hər cür fəsadı var. Heç bir valideyn uşağını təhlükəyə atmaq istəməz. Ona görə də, insanlar diqqətli olsunlar".


Aydan