Nigeriyada məscid çökdü: 10 nəfər öldü
    • 12-08-2023, 21:49
    • 158

Nigeriyada məscid çökdü: 10 nəfər öldü

Nigeriyanın Kaduna əyalətində Zazzau Əmirliyinin 186 illik məscidinin çökməsi nəticəsində 10 nəfər ölüb, 7 nəfər yaralanıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib. Məscidin uçma səbəbləri araşdırılır. 

Qeyd edək ki, Zazzau Əmirliyinin məscidi 1835-1837-ci illər arasında dövrün əmiri Məhəmməd Bello tərəfindən tikilib. 
Günəş Mərd