Latviya Belarusla MÜHARİBƏYƏ HAZIRLAŞIR?
    • 16-08-2023, 18:31
    • 209

Latviya Belarusla MÜHARİBƏYƏ HAZIRLAŞIR?

“Potensial müharibə təhlükəsi nəzərə alınaraq, Belarusla sərhədə əlavə qoşun növləri cəlb olunub”.
 
News24.az-ın xəbərinə görə, bu barədə Latviyanın baş naziri Krişyanis Karinş yerli telekanallardan birinin efirindəki “Rīta panorāma” verilişində deyib. 

Ölkənin baş naziri Krişyanis Karinş bildirib ki, bu qərar müdafiə naziri İnara Mirnietse ilə məsləhətləşmələrdən sonra verilib. 

O, həmçinin sentyabr ayının 5-dən oktyabrın 2-dək ölkədə 8500 hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayacağını sözlərinə əlavə edib:
K. Karinşin daha bir gözlənilməz açıqlaması istefası barədə olub:

“Belarus sərhədində müharibə təhlükəsini və bizə olan təzyiqləri nəzərə alaraq, regiona əlavə hərbi qüvvələr göndərəcəyik. Adını çəkdiyim ölkənin hakimiyyəti bilməlidir ki, ərazi bütövlüyümüz müzakirə predmeti ola bilməz. İstər öz sərhədlərimizin, istərsə də Avropa İttifaqı hüdudlarının etibarlı mühafizəsi üçün lazımi tədbirləri görəcəyik”.

Fərid Azəri