Yasamalda binada yanğın - SAKİNLƏR TƏXLİYƏ EDİLDİ
    • 17-08-2023, 21:20
    • 157

Yasamalda binada yanğın - SAKİNLƏR TƏXLİYƏ EDİLDİ

Bakı şəhərinin Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd dolab yanıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.