Qardaşı tərəfindən bıçaqlanan məktəblinin vəziyyəti AĞIRDIR -RƏSMİ
    • 21-08-2023, 11:50
    • 103

Qardaşı tərəfindən bıçaqlanan məktəblinin vəziyyəti AĞIRDIR -RƏSMİ

Sumqayıt Tibb Mərkəzi Sumqayıtda qardaşı tərəfindən bıçaqlanan 11 yaşlı uşağın vəziyyəti barədə məlumat yayıb. 

Qurumun İctimaiyyətlə əlaqələr bölməsindən News24.az-a verilən məlumatda bildirilir ki, 2012-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini Zülfüqarlı Hüseyn  Mahir oğlu 21.08.2023  tarixində saat 00:45-də TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına daxil olub.  Xəstəyə travmatik hemopnevmotoraks diaqnozu qoyulub. 

Vəziyyətə uyğun olaraq  cərrahi əməliyyat olunub. Vəziyyəti keçirdiyi əməliyyata görə, stabil ağırdır.

Samir Əli