Q.Qurbanov "Olimpiya" ilə oyundan danışdı- VİDEO
    • 23-08-2023, 23:58
    • 187

Q.Qurbanov "Olimpiya" ilə oyundan danışdı- VİDEO

“Olimpiya”nın meydanda hansı sistemdən istifadə edəcəyini görəcəyik”.

News24.az “Report”a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Sloveniya klubu “Olimpiya”ya qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ərəfəsində mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis səfər matçına hazırlaşmaq üçün bir neçə gün vaxtlarının olduğunu bildirib: “Çalışdıq ki, bu günlərdən düzgün istifadə edək. Futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldırmağa kömək edəcək. Yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər. Meydanda maraqlı mübarizə olacaq. “Olimpiya” yaxşı futbolçulardan ibarət komandadır. Rəqibdə bəzən sistem dəyişir”.

Ətraflı RTV-də: