Metroda pandemiyadan sonra ilk dəfə qış rejimi TƏTBİQ EDİLƏCƏK
    • 25-08-2023, 15:45
    • 200

Metroda pandemiyadan sonra ilk dəfə qış rejimi TƏTBİQ EDİLƏCƏK

"Bakı Metropoliteni" QSC koronavirus (COVID-19) pandemiyasından sonra ilk dəfə ənənəvi qış rejimi qrafiki tətbiq edəcək.

 News24.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.

"Yeni qrafikə sentyabrın 15-dən keçiləcək. Pik saatlarda “Həzi Aslanov” - ”28 May” sahəsində qatarlar arasında interval 2 dəqiqəyə endiriləcək. Ənənəyə uğyun olaraq qış qrafikində xətlərə 30 cüt qatar buraxılacaq. Digər sahələrdə isə günün saatından asılı olaraq interval 4 dəqiqəyə qədər olacaq", - deyə o, qeyd edib.

H. Məmmədov əlavə edib ki, "8 noyabr" istiqamətində qatarlar 8, "Xocasən" stansiyasında isə 16 dəqiqə intervalla hərəkət edəcək.

Fərid Azəri