-
- 25-08-2023, 16:13
- 582
Xalq artistindən müğənniyə CAVAB: “Məndən uzaq dur, a bala”
Müğənni Nigar Süleymanova rejissor, Xalq artisti Əbdül Mahmudovu məhkəmə ilə hədələyib. Müğənni buna “Dəli divanə” klipi barədə Xalq artistinin belə bir ifadə işlətməsini səbəb gətirir: “Belələri bu millətə ermənidən, farsdan daha çox ziyan vurur”.
News24.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən Şeyx Əbdül Mahmudov nə o müğənnini tanıdığını, nə də klipinə baxdığını deyib:
“Mən nə qadını tanıyıram, nə də onun klipinə baxmışam. Ümumiyyətlə, mən heç bir klipə baxmıram. Ağzını Allah yoluna qoyub danışmasın. Yəqin ona reklam lazımdır. Məndən uzaq dur, a bala. Burdan da ona səslənirəm ki, ay qızım, get özünə başqa iş tap. O ki qaldı məhkəməyə, versin, gəlim mən də görüm o, kimdir, nəçidir mənimlə nə işi var? Məni heç kimlə düz-qoş etmək lazım deiyl, ola bilsin, mən ümumi sənətlə bağlı sualı cavablandırmışam. Yoxsa ki, nə klip, nə Nigar… O adamın adını indi deyirsiniz, sizdən eşidirəm”.