Tramp rəqibinə məsləhət VERDİ:
    • 31-08-2023, 13:58
    • 161

Tramp rəqibinə məsləhət VERDİ: "Ehtiyatlı ol"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp respublikaçı prezidentliyə rəqibi, iş adamı Vivek Ramasvamiyə “ehtiyatlı olmağı” tövsiyə edib.

News24.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

“Ona bir az diqqətli olmağı məsləhət görərdim. Amma onun müsbət enerjisi var və o, mənə qarşı çox mehribandır”, - Tramp bildirib.

ABŞ-ın keçmiş prezidenti Ramasvamini “böyük istedada” malik “ağıllı, gənc oğlan” kimi təsvir edib.

Aynurə