Sabirabadda ev yandı
    • 2-09-2023, 15:52
    • 110

Sabirabadda ev yandı

Sabirabad şəhərində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı köməkçi tikilinin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə və digər otağın tavanı 20 m² sahədə yanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.