Kolumbiyada güclü ZƏLZƏLƏ OLDU
    • 14-09-2023, 22:12
    • 116

Kolumbiyada güclü ZƏLZƏLƏ OLDU

Kolumbiyada 5,1 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Kolumbiyanın Geoloji Xidməti (SGC) məlumat yayıb. 

5,1 bal gücündə zəlzələnin episentri ölkənin Choco inzibati bölgəsində olub.

Zəlzələ Medellin, Manizales və Çokonun paytaxtı Kibdo şəhərlərində də hiss olunub.

Zəlzələdən sonra can və ya mal itkisi ilə bağlı açıqlama verilməyib.
Günəş Mərd