Rusiya BMT-ni İTTİHAM ETDİ
    • 18-09-2023, 09:39
    • 98

Rusiya BMT-ni İTTİHAM ETDİ

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qara Dəniz Taxıl Təşəbbüsünün bütün dünyada aclıqdan əziyyət çəkən insanların xilasına kömək edəcəyi ilə bağlı bəyanatları yalandır. Belə ki, Rusiyanın beynəlxalq təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya BMT-ni yalan danışmaqda ittiham edib.

News24.az xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.

Rusiyalı diplomat Rusiyanın taxıl sövdələşməsi kimi də tanınan sazişdən çıxmasının dünya ərzaq qiymətlərinin artmasına səbəb olması ilə bağlı iddiaları yalanlayıb.

"Bu, doğru deyil, biz dəfələrlə müvafiq rəqəm və faktlara istinad etmişik", - Nebenzya vurğulayıb.

Aydan