Fransız nazirin təklifi müzakirələrə səbəb oldu: Yemək bişir, inflyasiya düşsün
    • 18-09-2023, 10:28
    • 82

Fransız nazirin təklifi müzakirələrə səbəb oldu: Yemək bişir, inflyasiya düşsün

Fransada ticarət və KOBİ naziri Oliviya Qrequarın yüksək inflyasiya ilə mübarizə təklifi ölkədə mübahisə yaradıb.

News24.az xəbər verir ki, Qrequar inflyasiyanı azaltmaq üçün məktəblərdə aşpazlıq dərslərinin tətbiqini təklif edib.

Fransalı nazir açıqlamasında hazır və dondurulmuş qidaların kulinariya inflyasiyasını artırdığını, təzə tərəvəzlərin qiymətinin isə aşağı olduğunu vurğulayıb. Müxalifət partiyalarının böyük reaksiyasına səbəb olan Qrequar, "Biz daha bahalı olan hazır qidaları almamaq üçün xam məhsulları necə bişirməyi öyrənməliyik" dedi.

Müxalifətçi sosialist “Boyun əyməyən Fransa ” Partiyasının lideri Jan-Lyuk Melenşon sosial media hesabında “İçməli su qıtlığı ilə mübarizə apararkən şərabın dadına baxma dərsləri alın” deyərək nazirin açıqlamalarını ələ salıb.

Aydan