Atasını döyüb öldürdü - MƏHKƏMƏ
    • 21-09-2023, 17:14
    • 258

Atasını döyüb öldürdü - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda atasını öldürməkdə təqsirləndirilən Azər İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A. İbrahimov 4 il azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, bu il yanvarın 8-də saat 20 radələrində İbrahimov Azər İbrahim oğlu orta dərəcəli sərxoşluq vəziyyətində Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən evdə atası İbrahimli İbrahim Mirzə oğlu ilə aralarında ailə-məişət münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı yumruq zərbələri ilə onun bədəninin və başının müxtəlif nahiyələrindən vuraraq qəsdən sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib. İbrahimli İbrahim Mirzə oğlu yanvarın 12-də müalicə aldığı tibb müəssisəsində ölüb.

A. İbrahimov şübhəli şəxs qismində saxlanılıb. 

Samir Əli