İran-ABŞ arasında GƏRGİNLİK: HELİKOPTERLƏR LAZERLƏ VURULDU
    • 29-09-2023, 15:54
    • 1 123

İran-ABŞ arasında GƏRGİNLİK: HELİKOPTERLƏR LAZERLƏ VURULDU

 İran gəmiləri Fars körfəzində Amerika helikopterinə qarşı lazerdən istifadə edib.

News24.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ Mərkəzi Komandanlığı İran SEPAH gəmilərinin Fars körfəzi üzərindəki hava məkanında ABŞ-yə məxsus “AH-1Z Viper” helikopterinə bir neçə dəfə lazer şüası atdığını iddia edən bəyanat yayıb.

Xəsarət alan olmasa da, Birləşmiş Ştatlar SEPAH Hərbi Dəniz Qüvvələrinin hərəkətlərini “təhlükəsiz və qeyri-peşəkar” kimi qiymətləndirib.

Mərkəzi Komandanlıq nümayəndələrinin sözlərinə görə, bu cür hərəkətlərə görə ABŞ hərbçilərinin və tərəfdaş ölkələrin həyatı risk altına düşüb. 

ABŞ Tehranı bu cür hərəkətləri dayandırmağa çağırıb.

Aynurə