5-i axşamkı döyüşdə... - Müşviq Abbasovun oğlu
    • 5-10-2023, 22:47
    • 1 030

5-i axşamkı döyüşdə... - Müşviq Abbasovun oğlu

Bu gün o qanlı gecədən 3 il ötür. Sonu atamın şəhidliyi ilə yekunlaşan döyüş çox qəribə hisslər yaşatmışdı mənə. Döyüş əsnasında Abbasovlar ailəsinin 4 üzvünün ön cəbhədə olması bir tərəfdən mənə fəxr, bir tərəfdən də narahatlıq verirdi. Bəlkə də bir birimizdən narahat olmayaq deyə atam bizə “komandir əsgərlər” deyirdi. 

News24.az  xəbər verir ki, şəhid Müşviq Abbasovun oğlu Şamil Abbasov öz sosial şəbəkə hsabında yazıb. Atamın 92-ci ildə göstərdiyi qəhrəmanlıqları bütün kənd Camaatından eşitmişdik. Və buna 44 günlük müharibənin hələ ilk günlərində şahid oldum. Öz-özüzmə dedim ki, atam mən düşündüyümdən daha da çox hərbi bilikli, bacarıqlı, cəsur, qorxmaz biridir. Onun qorxmazlığı özgüvəni bütün bütün orada olan əsgərlərin ürəyindən qorxu hissini çıxarmışdı. 5-i axşamkı döyüşdə içimdə bir rahatlıq vardı əslində. Atamın silahla davranışımdan və sərrast güllə atmağımdan xəbəri olması və mənə güvənməsi bir başqa özgüvən verirdi mənə. Artıq döyüşün həyəcanı, itirmək qorxusu kimi hisslər keçirmirdim. Ta ki, o zülmət gecədə, döyüşün qızğın anında atamın vurulmasına qədər. Sanki döyüş meydanında tək qaldım. Əlim qolum boşaldı və hönkürüb ağladım. Vətən müharibəsi iştirakçısı olmaqla yanaşı mən artıq şəhid oğlu idim...

Elşən Hüseynovun dəstəyi ilə özümü toparladım. Qazi və şəhidlərimizi döyüş meydanından çıxardıq. Sanki o gecənin zülməti, elə o gündən də həyatımıza çökdü...

Ruhun şad olsun, Qəhrəman şəhidim, Müşviq Abbasov...