Qərbin MDB ssenarisi:
    • 11-10-2023, 12:17
    • 163

Qərbin MDB ssenarisi: "yeni dəhlizlər yaratmaqla ölkələri arzuolunmaz..."

“ABŞ və onun müttəfiqləri MDB ölkələrində vəziyyəti sarsıtmaq üçün genişmiqyaslı işə başlayıb, siyasi böhranlar üçün ilkin şərtlər və “rəngli inqilab” ssenarilərinin həyata keçirilməsi üçün lazımi şərait yaratmağa çalışırlar”.

News24.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

“Bizim əvvəlki görüşümüzdən sonra beynəlxalq vəziyyət xeyli mürəkkəbləşib ki, bu da MDB məkanında əsas problemlərin nəzərəçarpacaq dərəcədə kəskinləşməsinə və yeni təhlükələrin yaranmasına gətirib çıxarıb. Məqsəd, birlik ölkələrindəki vəziyyəti sarsıtmaq, arzuolunmaz dövlətlərə sanksiya təzyiqi göstərmək, logistika marşrutlarını bağlamaq və yeni nəqliyyat dəhlizlərinin yaradılmasıdır. Bununla da qlobal iqtisadi böhranın mənfi nəticələrini artırmaq niyyətindədirlər”, - Bortnikov bildirib. 

Ayşən