Sobanın üstündə unudulan qazan yanğına səbəb oldu - Ev sahibi YANDI
    • 11-10-2023, 18:37
    • 160

Sobanın üstündə unudulan qazan yanğına səbəb oldu - Ev sahibi YANDI

Samsunun İlkadım rayonundakı Dərebahçe rayonunda yanğın baş verib. Əldə edilən məlumata görə, K.A (67) adlı qadın içərisində yağ olan qazanı sobanın üzərində unudub. 

News24.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Evin terrasında olan qadın evindən tüstü qalxdığını görüb və mətbəxə qaçaraq yanan qazanı eyvandan aşağı atmaq istəyərkən üz, əl və ayağı yanıb.

 Yanan qadın təcili yardım maşını ilə Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılıb və vəziyyəti stabildir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunaraq yanğının qaşısı alınıb.

Ülkər ABDURAHMANLI