"X" HƏMAS-a bağlı yüzlərlə HESABI SİLDİ
    • 12-10-2023, 22:10
    • 181

"X" HƏMAS-a bağlı yüzlərlə HESABI SİLDİ

"X" sosial media platforması  HƏMAS ilə əlaqəli yüzlərlə hesabı silib.

News24.az xəbər verir ki, bu barədə platformanın CEO-su Linda Yakkarino açıqlama verib.

Açıqlamada, yüzlərlə HƏMAS ilə əlaqəli hesabın silindiyi və mövzu ilə əlaqəli  on minlərlə paylaşımın silinməsi üçün addımlar atıldığı bildirilib:

"İsrail ilə HƏMAS arasındakı qarşıdurmaya görə terror və təşviqat məzmunlu minlərlə paylaşım var. Son olaraq bununla bağlı iki mindən çox məlumat almışıq. Bütün hesabları və bu tip məzmunları təmizləməyə davam edirik".