Ermənistan prezidenti Putinin həbsi barədə qərarı TƏSDİQLƏDİ - RTV VİDEO
    • 14-10-2023, 13:16
    • 694

Ermənistan prezidenti Putinin həbsi barədə qərarı TƏSDİQLƏDİ - RTV VİDEO

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb.

News24.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin saytında məlumat verilib.

Xatırladaq ki, Roma statutunu qəbul edən ölkələr Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını icra etmək öhdəliyi götürür.

Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində saxlanılma qərarı çıxarıb.

Sənəd qüvvəyə mindiyindən Putin Ermənistan ərazisinə səfər edəcəyi təqdirdə həbs olunaraq, Haaqa tribunaına verilməlidir.