“Lukoyl”un rəhbəri vəfat etdi
    • 24-10-2023, 15:58
    • 356

“Lukoyl”un rəhbəri vəfat etdi

Rusiyanın “Lukoyl” neft şirkəti Direktorlar Şurasının sədri Vladimir Nekrasov 66 yaşında vəfat edib. 

News24.az xəbər verir ki, ölüm kəskin ürək çatışmazlığı nəticəsində baş verib.

Nekrasov 50 ilə yaxın neft-qaz sənayesində çalışıb. O, təmirçi kimi başlayıb və oradan əsas istehsal şirkəti Lukoyl - Qərbi Sibirin baş direktoru vəzifəsinə qədər yüksəlib. Əmək nailiyyətlərinə görə IV dərəcəli “Vətənə xidmətə görə” və “Şərəf” ordenləri ilə təltif edilib. O, 2022-ci ildə Ravil Maqanovun ölümündən sonra şirkətin rəhbəri seçilib. 

Qumral