Azərbaycanda nə qədər şəxs aliment ödəyir? - RƏSMİ
    • 25-10-2023, 11:59
    • 149

Azərbaycanda nə qədər şəxs aliment ödəyir? - RƏSMİ

Azərbaycanda 84 620 nəfər aliment ödəyir.

News24.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, Bakının 12 rayonu üzrə 26 463, Azərbaycanın bölgələri üzrə 58 157 aliment ödəyicisi var: "Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur".