-
- 16-12-2021, 16:00
- 447
Aliment ödəmədiyi üçün 3 mindən çox şəxs axtarışa verilib
Aliment ödəmədiyi üçün axtarışa verilən şəxslərin sayı açıqlanıb.
News24.az-ın xəbərinə görə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova "Aliment və digər borc tələblərinə dair qərarların icrası” mövzusunda feysbukda keçirilən canlı yayımda deyib.
O bildirib ki, ilk yarım il üçün təxminən 3 mindən çox şəxs axtarışa verilib. Eyni zamanda aliment tələblərinə dair icra sənədlərində bir sıra çətinliklər mövcuddur: "Əsas çətinliklər borcluların iş yerlərinin, gəlirlərinin olmaması, maddi vəziyyətlərinin aşağı olması, pandemiya ilə bağlı yaranmış şərait, borcluların ağır xəstə, əlilliyinin olması, yaşayış yerlərinin olmamasıdır".