Həmas nümayəndəsi: “İran bizə xəyanət etdi”
    • 26-10-2023, 14:22
    • 188

Həmas nümayəndəsi: “İran bizə xəyanət etdi”

Küveytin “Əs-Siyasət” qəzeti HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdülhadi ilə müsahibəni dərc edib.

News24.az xəbər verir ki, o, müsahibəsində bir sıra məqamlara toxunub. O, bildirib ki, İran hökuməti Qəzzanı özünün dağıdıcı regional böhran və siyasətinin qurbanına çevirərkən, bir şəhər qan gölünə çevrilib.

Müsahibədə qeyd edilib: 

“HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdülhadi bu əməliyyatın İranla fəal şəkildə koordinasiya etdiklərini açıqlayıb. O, Newsweek jurnalının sualına cavab olaraq deyib: "Biz bu döyüşdən əvvəl, döyüş zamanı və sonrası Hizbullah və İranla ən yüksək səviyyədə koordinasiya apardıq, lakin görünür, İranın açıq xəyanətinə və yalan vədləri ilə üzləşdik... bəli, açıq xəyanət və yalan vədlər”.


Aynurə