Ukrayna Silahlı Qüvvələrinin iki kateri MƏHV EDİLDİ
    • 29-10-2023, 11:41
    • 146

Ukrayna Silahlı Qüvvələrinin iki kateri MƏHV EDİLDİ

Ukrayna Silahlı Qüvvələrinin  iki kateri Xerson istiqamətində son 24 saat ərzində məhv edilib.

News24.az xəbər verir ki,  bu barədə jurnalistlərə rayonun əməliyyat xidmətlərinin nümayəndəsi məlumat verib.

“Dnepr qüvvələrinin Xerson istiqamətində birləşmələri atəşə tutması nəticəsində  düşmən canlı qüvvəsinin toplaşdığı Aleşkinski adasının ərazisində düşmənin iki kateri məhv edilib və bir ədəd avtomobil texnikası yararsız hala düşüb”.

Qeyd edək ki, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinə 74 mərmi atıb. Dnepryan, Saqi, Pesçanovka, Krınki, Aleşki, Novaya Mayaçka və kazak düşərgələri atəşə tutulub.

Ülkər Abdurahmanlı