Ukraynanın işğal altındakı şəhərində 9 sakin qətlə yetirilib
    • 29-10-2023, 18:05
    • 186

Ukraynanın işğal altındakı şəhərində 9 sakin qətlə yetirilib

Ukraynanın Donetsk vilayətinin işğal altındakı Volnovaxa şəhərində biri uşaq olmaqla doqquz nəfər qətlə yetirilib.

News24.az xəbər verir ki, bu barədə Mariupol şəhərinin merinin müşaviri Petro Andrüşenko teleqramda məlumat yayıb.

“Rusiyalı hərbçi evdə doqquz nəfəri qətlə yetirib”, – Ukrayna rəsmisi qeyd edib.

Onun sözlərinə görə, hadisəyə səbəb “böyük ailənin kadırovçulara evi təhvil verməməsi” olub.

Andrüşenko nəql edib ki, bu, “işğalçıların ən böyük və ən səs-küylü cinayətidir”.