ABŞ-da işsizlik müavinətləri üçün müraciətlər gözləntilərin altında qaldı
    • Bu gün, 18:23
    • 36

ABŞ-da işsizlik müavinətləri üçün müraciətlər gözləntilərin altında qaldı

Avqustun 3-ü ilə bitən həftədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 233 min nəfər olub. 

News24.az xəbər verir ki, bu, əvvəlki həftə ilə müqayisədə azalma deməkdir. 

Bazar gözləntiləri müraciət sayının 240 min olacağı idi.

Əvvəlki həftəki işsizlik müavinəti müraciətləri məlumatları da 249 mindən 250 minə yüksələrək revize edilib.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı 27 iyulla bitən həftədə 1 milyon 875 minə yüksəlib.

Məryəm İlhamqızı