Cənubi Koreyada dəhşətli istilər DAVAM EDİR
    • Bu gün, 19:00
    • 42

Cənubi Koreyada dəhşətli istilər DAVAM EDİR

Yayın əvvəlindən Cənubi Koreyaya təsir edən həddindən artıq istilərin nəticələri getdikcə pisləşir. 

News24.az xəbər verir ki, Cənubi Koreya Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 20-dən bəri istilik vurması səbəbindən səhiyyə müəssisələrinə müraciət edən 1907 nəfərdən daha 4-ü dünyasını dəyişib.

Həddindən artıq istilər nəticəsində təqribən 420 min kənd təsərrüfatı heyvanı, o cümlədən 393 min ev quşu,  430 min balıq tələf olub.

Koreya Meteorologiya İdarəsi (KMA) tərəfindən edilən açıqlamada, ölkə daxilində temperaturun bir müddət 35 dərəcə Selsi və yuxarı olacağı bildirilib. Bununla yanaşı əhalini saat 14:00 ilə 17:00 arasında açıq havada fəaliyyətlərdən qaçınmağa çağırıblar. 

Məryəm İlhamqızı