Həddindən artıq istidən “duzlu göl” əmələ gəldi - FOTO
    • Bu gün, 18:10
    • 47

Həddindən artıq istidən “duzlu göl” əmələ gəldi - FOTO

Edirnenin Enez rayonu Qaraincirli kəndi sahilinə yaxın göldə su həddindən artıq istidən buxarlanaraq duzlu sahə yaranıb.

News24.az xəbər verir ki, rayona gələn istirahətçilər quruyub ağarmış gölə gələrək xatirə şəkilləri çəkdiriblər.

Paramotor pilotu Yılmaz Özkaya həddindən artıq isti hava səbəbindən suyu tamamilə buxarlanan və ağarmış gölü havadan çəkib.

Bu il Trakyada temperaturun yüksək olduğunu bildirən Özkaya, quruyub ağarmış gölün xüsusilə bölgəyə gələn tətilçilərin diqqətini çəkdiyini bildirib.

Həddindən artıq istidən “duzlu göl” əmələ gəlib

Məryəm İlhamqızı