Futbolçunu öpən prezidentə FİFA-dan AĞIR CƏZA
    • 30-10-2023, 19:43
    • 222

Futbolçunu öpən prezidentə FİFA-dan AĞIR CƏZA

İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales üç il müddətinə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.

News24.az QOL.az-a istinadla xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

Qurumun İntizam Komitəsi Rubialesin qadınlardan ibarət İspaniya millisinin üzvü Cennifer Ermosonu dodağından öpdüyünə görə belə qərar qəbul edib.

Xatırladaq ki, İspaniya yığması DÇ-2023-ün finalında İngiltərəni məğlub etdiyi oyundan sonra Luis Rubiales mükafatlandırma mərasimində Cenniferi öpüb.