Daşkəsəndə avtomobil aşdı: Xəsarət alanlar var
    • 5-11-2023, 20:05
    • 160

Daşkəsəndə avtomobil aşdı: Xəsarət alanlar var

Daşkəsən rayonunda minik avtomobili aşıb, xəsarət alanlar var.

News24.az xəbər verir ki, rayon Alunitdağ qəsəbə ərazisində "VAZ-21015" markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb.

Avtoqəza nəticəsində 2 nəfər xəsarət alıb.

Onlardan Elmir Fətalizadənin xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Avtomobildə olan digər şəxsin vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.